DÇ-2026-da bu gün 1/16 final mərhələsinin ilk oyunu keçiriləcək.
Prosport.Az xəbər verir ki, pley-off mərhələsinin açılış matçında Cənubi Afrika Respublikası (CAR) və Kanada milliləri qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
CAR A qrupunu, Kanada isə B qrupunu ikinci pillədə başa vuraraq pley-offa yüksəlib. Qarşılaşmanın qalibi 1/8 finala vəsiqə qazanacaq.

