19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü məğlubiyyətini alıb.
Prosport.Az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv Gürcüstan yığmasına uduzub.
Xorvatiyanın Luçko şəhərində təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin qolunu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub. 90+3-cü dəqiqədə Aysu Əsədova qırmızı vərəqə alaraq meydanda qovulub.
Millimiz bununla da seçmə mərhələdə çıxışını başa vurub.
Xatırladaq ki, U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.

