Azərbaycan millisinin iyunda keçirəcəyi təlim-məşq toplanışının proqramı müəyyənləşib.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, yığmamız ayın ilk 10 günündə Avstriyada hazırlıq keçəcək.
Ayxan Abbasovun yetirmələrinin bu müddətdə 2 yoldaşlıq görüşü keçirməsi planlaşdırılır. Bununla bağlı San Marino və Malta futbol federasiyaları ilə razılıq əldə olunub.
Hətta matçların tarixi də artıq məlumdur. Hər hansı dəyişiklik baş verməsə, millimiz iyunun 5-də San Marino, 9-da isə Malta yığması ilə üz-üzə gələcək.

