“Qarabağ”ın futbolçusu Abbas Hüseynov əvəzedici komandaya göndərilib.
Prosport.Az xəbər verir ki, müdafiəçi baş məşqçi Qurban Qurbanovun qərarı ilə əsas komandadan kənarlaşdırılıb.
Mütəxəssis nizam-intizam qaydalarını pozan futbolçunu bu yolla cəzalandırıb.
Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın futbolçusu Sami Mmae də eyni aqibəti yaşayıb.

