Bu gün şahmat üzrə qadınların yarışında qalib və mükafatçılar məlum olub.
Prosport.Az xəbər verir ki, 3-cü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovanı üstələyib 1,5:0,5.
Final görüşündə isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib. Tay-brekdə 1,5:0,5 hesablı qələbə qazanan Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.
Qeyd edək ki, ötən gün kişilər arasında ölkə çempionu müəyyənləşib. Məhəmməd Muradlı 1-ci, Şəhriyar Məmmədyarov 2-ci, Aydın Süleymanlı isə 3-cü yeri tutub.

