Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Liverpul"un yetirməsi niyə Yevlaxda meydanı tərk edib? – Klub rəsmisindən açıqlama
    22.02.2026 16:34:59

    "Son oyunda baş vermiş epizodla bağlı yayılan məlumatlara münasibət olaraq bildiririk ki, futbolçumuz qarşılaşma zamanı zədə alıb. Eyni zamanda komandanın oyunçu dəyişikliyi limiti artıq dolduğu üçün o, səhhəti ilə bağlı riski artırmamaq məqsədilə meydanı tərk etmək məcburiyyətində qalıb".

    Prosport.Az-ın xəbərinə görə, bunu "Karvan-Yevlax"ın yeni icraçı direktoru Elvin Əjdərli deyib.

    "Everton" və "Liverpul"un yetirməsi Sem Durant Yevlax şəhər stadionunda keçirilən "Araz-Naxçıvan"la qarşılaşmanın (0:2) 83-cü dəqiqəsində heç bir əvəzetmə və ya hakimin göstərişi olmadan, zədələndiyini əsas göstərərək, meydanı tərk edib. Bundan sonra isə Füzuli Məmmədovun komandası matçın qalan hissəsini 10 nəfərlə davam etdirməyə məcbur olub.

    Elvin Əjdərli buna aydınlıq gətirib: "Klub olaraq hər bir futbolçumuzun sağlamlığı bizim üçün hər şeydən önəmlidir. Bu hadisə tərəfimizdən heç bir halda özbaşına davranış kimi qiymətləndirilməyib. Qeyd etmək istəyirik ki, sözügedən futbolçumuz komandamızın ən intizamlı və peşəkar oyunçularından biridir. O, həm şəxsi keyfiyyətləri, həm də davranışı ilə kollektiv daxilində daim böyük rəğbət qazanıb".

    Qeyd edək ki, Sem Durant meydana 54-cü dəqiqədə Rauf Rüstəmlinin yerinə daxil olub.

    Futbol

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00
    Futzal

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34
    Futbol

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29
    Futbol

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49
    Futbol

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved