Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Mişa mənə dedi ki, ilk dəfə fəxri kürsüdə birlikdə yer aldıq" – Tofiq Əliyev
    22.02.2026 16:10:45

    21 yaşlı tamblinq üzrə gimnast Tofiq Əliyev Bakıda keçirilən Dünya Kubokunda gümüş medalla kifayətlənib. Komanda şəklində ikiqat dünya çempionumuz yarışdan sonra jurnalistlərə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Dünya Kubokunda 2-ci oldunuz. Çempionluq üçün nə çatmadı?
    – Finala lider kimi yollanmışdım. Amma finalda əzələlərim yorğun idi. Bu səbəbdən risk etmədim. Çünki yerli publika önündə medalsız qalmaq istəmirdim. Belə ehtimal da var idi. Ona görə çıxışımı daha da çətinləşdirmədim. Bacardığımı etdim və gümüş medala sahib çıxdım. Qızıl medal da qazana bilərdim. Sadəcə, hakimlərin yekun qərarı o oldu ki, keçid elementində ayaqlarımı bükmüşəm. Buna görə 0,6 xal silindi və bunun da nəticəsində 2-ci yeri tutdum.

    – Komanda yoldaşınız Mixail Malkinə qızıl medalı buraxmaq sizi təəssüfləndirmir?
    – Malkinin idmanda mənim yaşım qədər və bəlkə də daha çox təcrübəsi var. Mişa bayaq mənə dedi ki, fərdi çıxışda ilk dəfə fəxri kürsüdə birlikdə yer aldıq. Bunu çoxdan istəyirdik, təəssüf ki, bu alınmırdı. Bu gün bu gerçəkləşdi. Sevincliyəm ki, ilin startını 2 medalla verdik. Bizi apreldə Portuqaliyada Avropa çempionatı gözləyir, orada həm komanda hesabında, həm də fərdi olaraq uğurlu çıxış etmək istəyirik.

    – Hakimlərin qərarına münasibətiniz necədir?
    – Normal. Yekunda qərarı verən onlardır. 

    – Epizoda baxdınızmı?
    – Hələ ki baxmaq imkanım olmayıb. Amma belə qərar verilibsə, bu barədə danışmaq mənə çox düşməz. Əgər ayağım bükülü sayılıbsa, bu barədə məşqlərdə bir az da işləyib, bunu düzəltməliyəm.

    – Apreldə Danimarkada keçiriləcək "Face off" yarışı barədə nə deyə bilərsiniz?
    – Liqa mərhələsində 6 tur olacaq. Norveçin "Links" klubunun tərkibində çıxış edəcəyəm. 6 mərhələnin 2-də yarışacağam. Final mərhələsinədək bunlar mənim üçün isinmə yarışları olacaq. Bu yarışlar Avropa çempionatından sonraya təsadüf edəcək. Portuqaliyadan birbaşa Danimarkaya gedəcəyəm.

    – Ora favorit kimi getmək sizin üçün çətin deyil? 
    – "Face off" tamam başqa atmosferə malik yarışdır. Orada təcrübəmi daha da zənginləşdirəcəyəm... Azarkeşlərin mənim adımı çəkməsi məni çaşdırmır. Bu, bir çox idmançılara mane olur. Çünki cığırın səsini hərəkət zamanı eşitməliyik. Onda özümüzü daha yaxşı hiss edirik.

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved