Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu 6 medalla başa vurub.
Prosport.Az xəbər verir ki, son olaraq Selcan Mahsudova – Maqsud Mahsudov cütlüyü qarışıq sinxron proqramda qızıl mükafat qazanıb.
Daha əvvəl tamblinqçilərdən Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medala yiyələnib.
Batutçulardan Maqsud Mahsudov – Hüseyn Abbasov və Selcan Mahsudova – Şəfiqə Hümbətova cütlükləri sinxron proqramda bürünc, Selcan Mahsudova fərdi yarışda gümüş mükafata sahib çıxıb.
Beləliklə, Azərbaycan Dünya Kubokunu 2 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

