Azərbaycanın tamblinq üzrə gimnastları Mixail Malkinlə Tofiq Əliyev Bakıda keçirilən Dünya Kubokunda uğurlu çıxış edib.
Prosport.Az xəbər verir ki, tamblinqçilərin hər ikisi medal qazanıb.
Tofiq Əliyev gümüş, Mixail Malkin qızıl mükafata sahib çıxıb. Amerikalı Vest Fouler 3-cü olub.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku bu gün başa çatacaq. Daha əvvəl batutçu Selcan Mahsudova da gümüş medala yiyələnib.

