Yunan-Roma güləşində gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələr üzrə milli komandaların tərkibi yenidən formalaşıb.
Prosport.Az xəbər verir ki, U-20 yığmasının böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib. Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək.
U-17 millisində böyük məşqçi vəzifəsi olimpiya mükafatçısı, ikiqat dünya və üçqat Avropa çempionu Rafiq Hüseynova tapşırılıb. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıb.
U-15 yığmasına böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaq.

