Azərbaycanı avrokuboklarda təmsil edəcək Mingəçevirin kişi "Kür" komandası 7 oyunçu ilə heyətini gücləndirib.
Prosport.Az-ın xəbərinə görə, bunlar Ramazan Muradov (sol kənar oyunçu), Əziz Mansurov (qapıçı), monteneqrolu Mile Miyuşkoviç (qapıçı), Cavid İsmayılov (sağ kənar oyunçu), ukraynalı Sergey Dubovik (sol yarım orta oyunçu), serbiyalı Borislav Urta (pivot) və monteneqrolu Emir Muyiçdir (mərkəz oyunçusu).
Qeyd edək ki, son mövsümdə Azərbaycan çempionu olmuş komanda daha əvvəl 9 oyunçu ilə yollarını ayırmışdı.
Onu da bildirək ki, "Kür" Avropa Kubokunun II mərhələsində Kiprin "Parnassos Strovolu" komandasını Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində qəbul edəcək. Oktyabrın 26-dakı ilk görüş saat 18:00-da, ertəsi gün keçiriləcək cavab matçı 17:00-da başlayacaq.
