Litvada təlim-məşq toplanışında olan "Sabah" basketbol komandası ardıcıl 2-ci yoxlama oyununda qələbə qazanıb.
Prosport.Az-ın xəbərinə görə, Rimas Kurtinaytisin yetirmələri yerli "Neptuunas" (Klaypeda) komandasına 82:71 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Azərbaycan çempionu "Sabah" daha əvvəl Almaniyanın "Rostok Sivulvz" komandasını 72:71 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının təsnifat mərhələsinin 1/4 finalında İsveçin "Norrşöpinq Dolfins" komandası ilə qarşılaşacaq. Bu oyunlar 17-22 sentyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək.
