Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Türkiyə, Rusiya, Belarus və Serbiyadan yeni məşqçilər gələcək" – "Qalatasaray"ın sabiq rəsmisi
    18.08.2024 13:55:12

    Azərbaycan Basketbol Federasiyasının yeni idman direktoru Turqay Zeytingöz jurnalistlərə müsahibə verib.

    Prosport.Az-ın əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

    – Bura gəlişiniz necə baş tutdu? Təklif kim tərəfindən sizə gəldi?
    – Düzü, mən fərqli səbəbdən bir müddət idi ki, Bakıda idim. Həmin müddətdə ilk tanışlığım Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudovla oldu. Daha sonra da federasiya prezidenti Emin Əmrullayevlə tanış olmaq üçün oturduq. Bu söhbətlər zamanı baxış bucağımızın eyni olduğunu gördük. "Qalatasaray"dan öncə 10 il "Banvit"də (2019-cu ildən "Bandırma" adlanır) çalışdım. "Banvit" Türkiyənin ən yaxşı akademiyası olan klubudur. Hazırda NBA-də ("Hyuston Rokets") çıxış edən Alpərən Şəngün məhz bu klubun yetirməsidir. 

    – Təyinatınızdan sonra nələrdən başladınız və indidən sonra nələri etməyi planlaşdırırsınız?
    – Elm və təhsil naziri Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudovun rəhbərliyi altında 2 ildir ki, yaradılmağa çalışılan basketbol atmosferi var. Mənim də bura gəlməyim bu layihəyə öz bilik və bacarığımla dəstək olmaqdır. Bu layihənin içərisində Azərbaycan Basketbol Liqasını daha da baxımlı etmək var. Bunun üçün də basketbolun xaricində də görülməli işlər var. Yeni mövsümdə çox oyunumuz Bakı İdman Sarayında olacaq ki, bu da azarkeşlərin ora daha çox gəlməsinə şərait yaradacağını düşünürəm. Milli komandalarla bağlı çox planlarımız var. Yığmanın məşq etməsi üçün olan zalın təmiri, fitness salonun olması planlaşdırılıb. Türkiyə, Rusiya, Belarus və Serbiyadan yeni məşqçilərin də aramıza qatılması nəzərdə tutulub. Bu məşqçilər təkcə klublarla yox, bizim aşağı yaş qrupları üzrə komandalarımıza da baxacaq. Medianın da dəstəyi ilə bu ciddi layihədə aşağıdan başlayaraq yuxarı səviyyəyədək birgə addımlayacağıq. İlk öncə əlimizdə olan imkanlarla qısa müddətdə necə Azərbaycan Basketbol Liqasını baxımlı edə bilərik barədə düşünəcəyik. Uzun müddətli işlər isə səbir tələb edir. U-16 və U-18 yığmamızla artıq B divizionunda oynamaq istəyirik. Daha sonra digər aşağı yaş qrupları üzrə yığmalarımızla da bir basketbol kimliyi formalaşdırmaq istəyirik. Türkiyədə ancaq kişi basketbolunda işlədim. Ancaq burada qadın basketbolunu inkişaf etdirmək üçün məndən öncə burada olan Evren Alkaya yaxşı işlər görür. Bu baxımdan qadın basketbolu ilə bağlı işimiz bir az asandır. Sadəcə, Evren Alkayaya bir az da dəstək biz tərəfdən veriləcək.

    – Azərbaycanda basketbolun bu qədər gec inkişaf etməsinin səbəblərini nədə görürsünüz?
    – Rusiya, Türkiyə, Litva kimi basketbol ölkələri Azərbaycanla yaxın olduqlarından, sizin ölkədə də basketbol potensialının olduğuna inanıram. Azərbaycanda insanlar boy baxımından uzun olmaya bilər. Ancaq biz də buna uyğun olaraq basketbolçu yetişdirmək metodunu seçmək istəyirik. Ötən mövsüm Azərbaycan Basketbol Liqasında bir neçə matçı izləmişəm. Millinin Kosovo ilə görüşünə də baxmışam. U-16 və U-18 yığmalarının oyunları üçün xaricdə oldum. Bu səbəbdən də haradan işlə başlayacağımızı bilirəm.

    – Mentalitet baxımından qız övladlarının şort geyinib basketbola yazılması çətindir. Bu baryeri necə aşmağı düşünürsünüz?
    – Məncə, baryer bizim basketbol mədəniyyətimizin hələ formalaşmamasından dolayıdır. Çox uzun illər burada basketbol liqasının olmaması, basketbola investisiya yatırılmaması buna təsir edib. İlk etməli işimiz uşaqlara basketbolu sevdirməkdir. Uşaqlar onu sevincə, ailələr də övladlarına dəstək olacaq. Qloballaşan dünyada qısa şort geyinmənin problem olacağını düşünmürəm. Artıq başı qapalı qızlar da basketbol oynaya bilir.

    – Siz daha öncə 2021-ci ildən ötən ilin sonunadək "Qalatasaray"da baş menecer vəzifəsində işlədiniz. Ora ilə hər hansısa əməkdaşlıq planda nəzərdə tutulub?
    – Sadəcə, "Qalatasaray"da deyil, Türkiyədə bir çox klubla əlaqədə olacağıq. İlk dəfə sizə deyirəm. "Qalatasaray"ın Akademiya koordinatoru da yaxın zamanda bizdə çalışacaq. Həm burada məşqçilik edəcək, həm də milli komandalara kömək edəcək. Bildiyiniz kimi, Monteneqro ilə də iş birliyi anlaşması imzaladıq. İspaniyadan da bu yöndə tələb var, onu dəyərləndirə bilərik.

    Səbuhi Musa

    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Futbol

    "Mənim üçün Mançester və ya Sumqayıtda oynamağın heç bir fərqi yoxdur" – Timoteuş Puxaç

    14.09.2026 23:20:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Cavid Hüseynov istefaya göndərildi - SON DƏQİQƏ

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved