3x3 qadın basketbol millimiz Bakı mərhələ yarışında mübarizəni dayandırıb.
Prosport.Az-ın xəbərinə görə, millimiz C qrupunda 2-ci oyununda Ukraynaya 12:16 hesabı ilə uduzub.
Bununla da komandamız qrupda qalıb.
17:12
3x3 basketbol üzrə Azərbaycan millisi Qadın Seriyasının Bakı mərhələsində mübarizəyə başlayıb.
Prosport.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu yığma C qrupundakı ilk matçında Almaniyanın “Düsseldorf ZOOS” komandası ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 8:21
Milli bu gün Ukrayna ilə də görüşəcək. 4 qrupun hər birində ilk 2 yeri tutanlar 1/4 finala yüksələcək.
Qeyd edək ki, Bakı mərhələsi avqustun 18-də başa çatacaq.
