Azərbaycan millisinin kapitanı Amil Həmzəyev "Neftçi" basketbol klubu ilə anlaşıb.
Prosport.Az xəbər verir ki, "Xəzri"nin sabiq üzvü yeni mövsümdən etibarən "ağ-qaralar"da çıxış edəcək.
Amil Həmzəyev "Xəzri"nin heyətində son olaraq Azərbaycan çempionatının gümüş medalını qazanıb. "Neftçi" həmçinin ötən mövsüm komandada çıxış edən Kamran Məmmədovu heyətində saxlamağı bacarıb.
