Bu gün Özbəkistanın paytaxtı Daşkənddə gənc şahmatçılar arasında rapid və blits üzrə dünya çempionatına start veriləcək.
Prosport.Az xəbər verir ki, Azərbaycan yarışda 2 idmançı ilə təmsil olunur.
Xəzər Babazadə və Ayan Allahverdiyeva 20 yaşa qədər şahmatçıların kateqoriyasında mübarizə aparacaq.
Qeyd edək ki, İsveçrə sistemiylə təşkil edilən turnir 9 turdan ibarət olacaq. Yarış avqustun 8-də yekunlaşacaq
