Qubada keçirilən 3x3 basketbolu üzrə Qadın Seriyasının mərhələ yarışının qalibi Avstraliya millisi olub.
Prosport.Az-ın xəbərinə görə, Paris Olimpiadasında millimizin də rəqibi olan avstraliyalılar yarımfinalda Çexiyanı 17:10 və finalda Niderlandı 21:15 hesabı ilə məğlub edib.
Xatırladaq ki, Avstraliya millisi "Baku Fleyms"in də yer aldığı A qrupunda da Niderlanddan üstün olmuşdu – 22:20.
