Rumıniyanın Piteşti şəhərində keçirilən basketbol üzrə 20 yaşadək oğlan komandalar (U-20) arasında Avropa çempionatının B divizionunun oyunları başa çatıb.
Prosport.Az xəbər verir ki, çempionatın son günündə Azərbaycanın kişilərdən ibarət yığması Ermənistan komandası ilə 19-cu yer uğrunda görüş keçirib.
Millimiz bu oyunda rəqibinə 61:71 hesabı ilə uduzub. Bu nəticə ilə millimiz sonuncu – 20-ci olub.
Xatırladaq ki, bundan əvvəl komandamız 5 oyunun hamısında uduzmuşdu.
