Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Tanınmış şahmatçımızla federasiya arasında qalmaqal böyüyür - "Bu məsələdə sona qədər gedəcəyəm"
    13.07.2024 11:43:41

    Vasif Durarbəyli Azərbaycan Şahmat Federasiyasının milli komandanın tərkibinin formalaşdırılması və olimpiadada iştirak şərtləri ilə bağlı bəyanatına münasibət bildirib.

    Prosport.Az xəbər verir ki, 32 yaşlı qrosmeyster bu barədə şəxsi feysbuk hesabında paylaşım edib:

    "Federasiya mənim komandadan xaric edilməyimi mətbuatda "əsaslandırıb". Bir neçə hissəyə bölərək cavablandırıram.

    "Milli komandanın heyəti şahmatçıların cari il ərzində daxili və beynəlxalq turnirlərdə, o cümlədən yerli yarışlar arasında ən önəmli sayılan – Azərbaycan çempionatında iştirakı, şahmatçının oyun hazırlığı, federasiyanın təşkil etdiyi məşqlərə qatılması, milli komanda dəyərlərinə hörmət etmək kimi prinsiplər əsas götürülür." Azərbaycan Şahmat Federasiyasının prezidenti cənab Məmmədov ilə mənim aramda 2024-cü ilin ilk yarım ili üçün imzalanmış müqavilədə ölkə çempionatında və ya daxili yarışlarda iştirak kimi öhdəliyim qeyd edilməyib. Retroaktiv şəkildə bu cürə tələblər qoyula bilməz.

    Federasiya bu il məni heç bir təlim-məşq toplanışına dəvət etməyib.

    Sonda, mən harada milli komanda dəyərlərinə hörmətsizlik nümayiş etdirmişəm? İndiyənə kimi bu barədə heç bir rəsmi xəbərdarlıq almamışam.

    "Milliyə dəvət alan şahmatçı komandadaxili münasibətlərin və işgüzar ab-havanın möhkəmlənməsində iştirak etməli, komanda ruhuna sadiq olmalı və ümumi məqsədi şəxsi prinsipindən üstün saymalıdır". Mənim Azərbaycanın aparıcı şahmatçıları ilə qarşılıqlı hörmətə söykənən münasibətim var. Əgər oyunçular mənim çıxışımın ab-havanı korlayacağına inanırlarsa, buyurub açıqlama versinlər. Onda mən də komandada olmamağımı ədalətli hesab edərəm. Əks təqdirdə mənim federasiya idarəçiləri ilə münasibətimin milli komandaya aidiyyəti olmamalıdır.

    "Millinin formalaşmasında şahmatçının FIDE reytinqi nəzərə alınır, lakin bu amil həlledici rol oynamır". Reytinq şahmatçının güc göstəricisidir. Yuxarıda qeyd edilən oyun hazırlığı və nəticələrinin təcəssümüdür. Üstəlik, Azərbaycan şahmat tarixində bunun əsas amil kimi götürülməsinin presedenti var. Bu halda reytinq necə həlledici rol oynamaya bilər?!

    "Milli komandaya namizədlər Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvləri ilə müzakirə edilir və yekun qərar qəbul olunur". Bu, yəqin ki, cənab Məmmədovun özünü qorumaq cəhdidir. Qərarların İcraiyyə Komitəsi tərəfindən verilməsinə işarə edilir, bununla da məsuliyyətdən yayınmağa çalışır.

    Qərarlar deyirəm, çünki ilk iki üzvün adı may ayında açıqlanıb, deməli birinci qərar maydan öncə verilib. Görünür, İcraiyyə komitəsi hər iki aydan bir üzvləri təsdiqləyib.

    Qərarlar komitə tərəfindən verilibsə, lap yaxşı! Onda demək iclaslar keçirilib, səsvermələr olub və qərarlar əsaslandırılaraq qəbul edilib və bunları təsdiqləyəcək sənədlər mövcuddur. Tezliklə aydınlanar.

    "Milli komandanın heyəti formalaşarkən ehtiyat şahmatçı seçilib. Kişi və qadın şahmatçılardan ibarət komandalarda müvafiq olaraq Vasif Durarbəyli və Ayan Allahverdiyeva ehtiyat iştirakçı kimi siyahıya əlavə edilib. Milli komandanın əsas üzvləri ilə yanaşı, ehtiyatda adı qeyd olunan şahmatçılar da Azərbaycan Şahmat Federasiyası tərəfindən təqaüd proqramına daxil edilib". Cənab Məmmədova təqaüdümü kəsmədiyi üçün təşəkkürümü bildirirəm! Məhkəmə çəkişmələri üçün məmnuniyyətlə xərcləyəcəyəm. Bu məsələdə sona qədər hər mümkün istiqamətdə gedəcəyəm.

    Bu, mənim üçün şərəf və mənəviyyat məsələsidir. Reytinq xalı +2600 olan qrosmeyster heç nədən var olmur. Mənim yetişməyimdə Azərbaycan xalqının yüz minləri xərclənib. Bu səbəbdən mənim xalqıma mənəvi borcum var. Yığmada oynayıb, medal qazanaraq qismən bu borcu ödəmək arzum vardı. Haqqım ola-ola məni bu arzudan cənab Məmmədov məhrum etməməli idi".

    Digər idman növləri

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11
    Digər idman növləri

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34
    Digər idman növləri

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    20.07.2026 12:15:07
    Digər idman növləri

    Millimizün üzvü Avropa üçüncüsü oldu – FOTOLAR

    19.07.2026 23:08:47
    Stolüstü oyunlar

    Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi

    18.07.2026 17:00:11
    Digər idman növləri

    Federasiya nümayəndələri arasında maraqlı yarış: Ən böyük balığı kim tutdu? - FOTOLAR

    17.07.2026 17:07:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17

    "İmişli"yə əcnəbi məşqçi təyin olundu

    21.07.2026 16:23:36

    Azərbaycanlı futbolçu Xorvatiya nəhəngində baxışda olacaq - FOTO

    21.07.2026 16:00:09

    "100 faiz yeni transferlər olacaq" – Yuri Vernidub

    21.07.2026 15:42:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved