Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Azərbaycan basketbolunu Türkiyə səviyyəsinə gətirmək istəyirik" – Turqay Zeytingöz
    11.07.2024 16:38:47

    Azərbaycan Basketbol Federasiyasının türkiyəli yeni idman direktoru Turqay Zeytingöz Azərtac-ın suallarını cavablandırıb.

    Prosport.Az həmin müsahibəni təqdim edirik:

    – Azərbaycan Basketbol Federasiyasına (ABF) təyinatınız necə reallaşdı?
    – Daha əvvəl ABF-nın icraçı vitse-prezidenti Fərrux Mahmudovla görüşümüz baş tutmuşdu. Sonra federasiya prezidenti Emin Əmrullayevlə söhbətimiz oldu və razılaşma əldə olundu. 2 ildir ki, Azərbaycan basketbolunda böyük inkişaf var. Liqada dünyanın fərqli yerlərindən oyunçular çıxış edirlər. Federasiyanın dəstəyi ilə ölkə basketbolunu yüksək pillələrə qaldırmaq istəyirik.

    – Sizinlə 2 illik müqavilə imzalanıb. Bu müddət ərzində planlarınız nədən ibarət olacaq?
    – Federasiya rəhbərliyinin dəstəyi ilə son 2 ildə ölkə basketbolunda böyük işlər görülüb. Bunun nəticəsi olaraq, qadınlardan ibarət 3x3 basketbol millisi "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazandı. Hazırda isə oğlan və qızlardan ibarət aşağı yaş qrupları üzrə milli komandalar beynəlxalq turnirlərdə uğurla mübarizə aparır. Mən də federasiyanın inkişaf strategiyasının həyata keçirilməsinə kömək etmək istəyirəm.

    – Azərbaycan basketbolu yeni inkışaf yoluna qədəm qoyub. Sizcə, qısa müddət ərzində hansısa uğur əldə etmək olarmı?
    – Azərbaycanda basketbol idman növünün tarixi və ənənələri olub. Çünki Türkiyə və SSRİ-yə daxil olan ölkələrlə genetik əlaqələr sayəsində həmin yerlərdə olan basketbol mədəniyyəti buraya da gəlib. Əlbəttə ki, qarşımıza 2 yol qoymuşuq. 1-cisi, qısa müddət ərzində milli komandaları və liqaları daha üst səviyyəyə gətirməkdir. 2-ci plan isə basketbola marağı artırmaqdır. Bunun üçün yaxşı nəticələr əldə etməliyik. Belə olarsa, insanlar basketbolu daha çox sevməyə başlayacaq.

    – Türkiyə basketbolu yüksək səviyyədə inkişaf edib. Sizcə, Azərbaycan basketbolunun həmin səviyyəyə çatması üçün nə qədər müddət lazımdır?
    – Bəli, düzgün vurğuladınız, Türkiyədə basketbol çox inkişaf edib. Bunu FIBA sıralamasına baxanda da görmək olar. Azərbaycan basketbolunu da qısa müddət ərzində bu yerlərə gətirmək istəyirik. Əvvəlcə aşağı yaş qrupları üzrə milli komandalara diqqət ayırmalıyıq. ABF müxtəlif bölgələrdə seleksiya işləri aparır. Qarşımızda uzun yol var.

    – Gələcəkdə Azərbaycana türkiyəli basketbolçular gətirmək planınız varmı?
    – Hazırda aşağı yaş qrupları üzrə milli komandalarda türkiyəli basketbolçular çıxış edir. İndi azərbaycanlı oyunçuların səviyyələrini nəzərdən keçirəcəyik.

    – Gələcəkdə aşağı yaş qrupları üzrə milli komandalarda legioner oyunçulara yer verilə bilər?
    – İndiki durumda aşağı yaş qruplarında potensialı yüksək olan basketbolçular var. Diqqətimizi onların inkişafına yönəldəcəyik. Legioner məsələsinə gəlincə, bu praktika bütün dünya ölkələrində var. Lazım olarsa, bununla bağlı müəyyən addımlar atacağıq.

    – Azərbaycan basketbolunda şəxsi tanışlığınız olan kimlərsə varmı?
    – Uzun illərdir ki, Türkiyədə çıxış edən Orxan Aydınla yaxşı münasibətim var. Yığmada forma geyinən digər basketbolçularla isə şəxsi tanışlığım olmasa da, oyunlarını izləmişəm. “Sabah” komandasının tanınmış baş məşqçisi Rimas Kurtinaytis, “Xəzri”nin çalışdırıcısı Murat Dikmən, qadınlardan ibarət milli komandalara rəhbərlik edən Evrən Alkaya və federasiyanın baş katibi Vüqar Əzimovla uzun müddətdir ki, dostluq əlaqələrimiz var.

    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Basketbol

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Cavid Hüseynov istefaya göndərildi - SON DƏQİQƏ

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved