16 yaşadək qızlardan ibarət basketbol millimiz (U-16) Avropa çempionatının C divizionunda 2-ci qələbəsini qazanıb.
Prosport.Az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığma Gürcüstan komandasını üstələyib.
Cəbəllütariqdə baş tutan qarşılaşma millimizin 97:40 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz bu qələbədən sonra yarımfinala vəsiqəni təmin edib.
Qeyd edək ki, ilk oyunda Ermənistan millisini 86:59 hesabı ilə məğlub edən U-16 növbəti görüşünü sabah Kiprə qarşı keçirəcək.