Azərbaycanın 3x3 basketbol millisi Qadın Seriyasının Fransada keçirilən Bordo mərhələsində çıxışını başa vurub.
Prosport.Az xəbər verir ki, yığma D qrupunda İspaniya ilə matça çıxmaqdan imtina edib. Beləliklə, komanda turnirlə vidalaşıb.
Ötən gün "Bordo Ballistik" klubuna 9:17 hesabı ilə uduzan kollektiv qrupda sonuncu yeri tutub.
Qeyd edək ki, Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçını iyulun 30-da İspaniyaya qarşı keçirəcək.

