Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Stolüstü oyunlar
    Azərbaycanlı şahmatçı federasiya prezidentini onu yığmadan kənarda qoymaqda ittiham etdi
    8.07.2024 18:10:28

    Sentyabrın 10-23-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

    Teymur Rəcəbovun kapitanlıq edəcəyi komandaya Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı daxil edilib. Maraqlıdır ki, millinin aparıcı üzvlərindən olan Vasif Durarbəyli siyahıya daxil edilməyib.

    Prosport.Az xəbər verir ki, qrosmeyster özü də bu məsələyə səssiz qalmayıb. Durarbəyli sosial media hesabında paylaşım edərək federasiya prezidenti Mahir Məmmədovu günahlandırıb:

    "Tənqidi fikirlərimə görə Azərbaycan Şahmat Federasiyasının prezidenti  Mahir Məmmədov məni yığma komandadan kənarlaşdırdı. Reytinq sıralamasında üçüncü yeri tutduğum halda, beş nəfərlik komandaya daxil edilmədim.

    Ötən illərdə yığmanın oyunçuları reytinq sıralaması ilə seçilirdi. Yalnız 2023-cü ildə ölkə çempionatından vəsiqə verilmişdi, amma bu qayda  davam etdirilmədi. 

    Qadınlardan ibarət yığma komanda bu il də sırf reytinq sıralaması ilə qurulub. Fəqət, reytinq meyarı kişi komandasına şamil edilməyib.

    Yığmanın seçimi idarəçinin subyektiv qərarları ilə qurulmamalıdır! İdarəçi obyektiv meyarları öncədən təyin etməli və yığma həmin meyarlarla formalaşmalıdır. 

    Reytinq şahmat ictimaiyyəti tərəfindən gücün obyektiv göstəricisi hesab edilir. Yeganə kritika reytinqin oynamadan belə  saxlanılma imkanı idi. Bunun qarşısını almaq üçün federasiya son Avropa çempionatından bəri azı 18 oyun keçirmə tələbini qoymuşdu. Mən 18 yox, 40 klassik partiya oynayaraq reytinqimi sabit saxlamışam.

    Yuxarıda sadalananlar nəzərə alınsaydı, komandada qalardım. Əfsuslar olsun ki, cənab Məmmədovun şəxsi qərəzi onun ədalət anlayışını əydi.

    Cənab Məmmədov məni mətbuata müsahibələr verdiyim təqdirdə əməkdaşlığın kəsiləcəyi ilə hədələmişdi. Azad fikir söyləməyi üstün tutdum. Açığı, əməkdaşlığın bitməsinin yığmaya  dəvət edilməyəcəyim mənasına gələcəyini düşünmədim. Reytinqim yüksək olarsa, komandada qalacağımı zənn edirdim.

    May ayındakı son danışığımızda cənab Məmmədov mənim ictimai çıxışlarımın komandaya çağırılmama səbəb ola biləcəyinə eyham vurmuşdu. Bununla belə, yaxşı oynayacağım təqdirdə komandaya dəvət ediləcəyimə məni inandırdı.

    Danışıqdan sonra bir açıq turnirdə qələbə qazandım. Dünən bitən güclü turnirdə liderlik uğrunda mübarizədə idim. Həmin yarışın bitməsini belə cənab Məmmədov gözləmədən heyəti elan etdi! Görünür, son danışığımızdakı vəd baş qatmaqdan başqa bir şey deyildi.

    2022-ci ildə  komanda ilk olimpiada medallarına çox yaxın idi. Bu il yığmanın tərkibinə daxil olaraq, ilk medalı qazanmaq arzusunda idim. Amma cənab Məmmədov bu arzunu nakam qoydu.
    İstənilən halda yığma komandalarımıza olimpiadada uğurlar arzu edirəm! Yenə də hər cür dəstəyi verməyə hazır olduğumu vurğulamaq istəyirəm".

    Digər idman növləri

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20
    Digər idman növləri

    Şahmat yığmalarımız İngiltərə və Çexiyaya qarşı

    19.09.2026 10:24:38
    Digər idman növləri

    Şahmat yığmalarımızdan itkisiz irəliləyir

    18.09.2026 19:34:34
    Digər idman növləri

    Şahmat yığmalarımızın Olimpiadada növbəti sınağı

    18.09.2026 10:52:03
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan Olimpiadada növbəti qələbə

    17.09.2026 21:16:53
    Olimpiya Oyunları

    Paraatletika üzrə Açıq Qapı Günü keçirildi

    17.09.2026 19:54:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved