Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    MOİK stadion tikəcək, basketbol çempionatında debüt edəcək – Polkovnik açıqladı
    26.06.2024 23:26:09

    "Binə qəsəbə stadionunda bizə yer veriblər. Ötən mövsüm ev oyunlarımızı orada keçirdik. Eşitdiyimə görə, ora da indi təmirə bağlanıb".

    Bunu Prosport.Az saytına açıqlamasında Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi, polkovnik-leytenant Ramiq Orucov deyib.

    26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə MOİK rəhbərliyindən müsahibə götürdük. Klub növbəti mövsüm futbol üzrə Azərbaycan Premyer Liqasına lisenziya almaq istəyir:

    "Ötən mövsüm 3-cü yeri tutduq. Ancaq lisenziya ala bilmədik. Bu da əsasən öz bazamızın olmaması ilə bağlı idi. Düşünürəm ki, növbəti mövsüm üçün Premyer Liqaya lisenziya ala biləcəyik. Çünki yeni baza tikintisi nəzərdə tutulub".

    Yeni mövsümdən MOİK və Lənkəran komandaları Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq. Bununla bağlı da Ramiq Orucovun fikirlərini öyrəndik:

    "Azərbaycan Basketbol Federasiyasının prezidenti cənab Emin Əmrullayevin iclaslarında iştirak etmişik. 100% biz bu çempionatda iştirak edəcəyik. İyulun sonları – avqustun əvvəllərində maliyyə məsələləri müzakirə olunacaq. Ev oyunlarımızı Fövqəladə Hallar Nazirliyinin Hövsandakı arenasında keçirəcəyik. Həmçinin, kişilərdən ibarət voleybol komandamız çıxışını növbəti mövsüm davam etdirəcək. Həndbolda isə hələ ki çıxışımız nəzərdə tutulmayıb. Bu da baza məsələsi ilə bağlıdır. Öz bazamız olduqdan sonra digər komanda idman növlərində də, təklif olarsa, çıxış edə bilərik".

    Səbuhi Musa

    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Top oyunları

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Basketbol

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Top oyunları

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved