Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirən 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi hazırlıq oyunu keçirib.
Prosport.Az xəbər verir ki, yığmamız Gürcüstanın U-18 kollektivi ilə üz-üzə gəlib.
Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik ediyi komandamız rəqibinə 67:73 hesabı ilə uduzub
Qeyd edək ki, təlim-məşq toplanışında millimiz daha bir neçə yoxlama oyunu keçirəcək.
