Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    Avropa Kubokuna çıxan millilərimizin 7 rəqibi məlumdur: Daha 4-ü bu ay bilinəcək
    10.06.2024 12:56:21

    3x3 basketbolu üzrə Avropa Kubokuna vəsiqə qazanan kişi və qadın millilərimizin rəqiblərindən bəziləri bilinib.

    Prosport.Az-ın xəbərinə görə, Kosovonun paytaxtı Priştinada keçirilmiş təsnifat mərhələsinin qalibi olmaqla Avropa Kubokuna vəsiqə qazanmış kişi və qadın yığmalarımızın artıq 7 rəqibi bəllidir. Bu komandalar aşağıdakılardır:

    Kişilər – Avstriya (meydan sahibləri), Serbiya (ötənilki yarışın qalibləri), Litva, Niderland, Fransa (reytinqlə vəsiqə qazanıblar), İspaniya, Xorvatiya (Danimarka təsnifat mərhələsinin finalçıları)
    Qadınlar – Avstriya (meydan sahibləri), Niderland (ötənilki yarışın qalibləri), Fransa, Almaniya, Macarıstan (reytinqlə vəsiqə qazanıblar), İspaniya, İtaliya (Danimarka təsnifat mərhələsinin finalçıları)

    Komandalarımızın daha 4 rəqibi 15-16 iyunda Slovakiyanın paytaxtı Bratislava və Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək təsnifat mərhələsindən sonra bilinəcək. Hər iki yarışın yarımfinalının qalibləri (finalçılar) Avropa Kubokuna vəsiqə qazanacaq. Bəs həmin 4 komanda hansı yığmalar ola bilər?

    15-16 iyun 
    Bratislava (Slovakiya) təsnifat mərhələsi
    Kişilər
    – Slovakiya, Polşa, İsveçrə, Ukrayna, Türkiyə, Estoniya, Almaniya, Bolqarıstan
    Qadınlar – Slovakiya, Polşa, İsveçrə, Ukrayna, Türkiyə, Estoniya, Litva

    15-16 iyun
    Buxarest (Rumıniya) təsnifat mərhələsi
    Kişilər
    – Rumıniya, Latviya, İsrail, Sloveniya, Yunanıstan, Böyük Britaniya, Gürcüstan, Monteneqro
    Qadınlar – Rumıniya, Latviya, İsrail, Sloveniya, Yunanıstan, Böyük Britaniya, Gürcüstan

    Qeyd edək ki, Avropa çempionatı statusunda olan və 12 komandanın iştirakı ilə təşkil olunacaq Avropa Kuboku 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada keçiriləcək. İndiyədək 2014-cü ildən etibarən 8 belə yarış baş tutub. Kişi millimiz 2014-cü ildə Rumıniyanın paytaxtı Buxarestdə və 2022-ci ildə Avstriyanın Qrats şəhərində keçirilmiş Avropa Kubokunda çıxış edib. Komandamız hər iki halda qrupda qalıb. Qadın millimiz isə Avropa Kubokunun final mərhələsində debüt edəcək.

    Səbuhi Musa

    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Basketbol

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Basketbol

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Cavid Hüseynov istefaya göndərildi - SON DƏQİQƏ

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved