Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Komanda sayının 12-yə çatdırılması ilə bağlı müsbət rəy var" – Emin Əmrullayev
    7.06.2024 13:23:37

    "Azərbaycan Basketbol Liqasında komanda sayının 12-yə çatdırılması ilə bağlı müsbət rəy var".

    Prosport.Az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev deyib.

    O, son toplantıda aparılan müzakirələrlə bağlı danışıb: “Bir çox məsələlər müzakirə olundu. Bunlarla bağlı federasiyanın Rəyasət Heyətinin görüşü olacaq, qərarlar verilməlidir. Bizim məqsədimiz o idi ki, klubların rəyini öyrənək, fikir mübadiləsi aparaq. Əsas məsələ Azərbaycan Basketbol Liqasında komanda sayının 10-dan 12-yə çatdırılmasıdır. Bununla bağlı rəsmi qərar olmalıdır, amma müsbət rəyimiz var”.

    Federasiya rəhbəri legioner limiti ilə bağlı müzakirələr apardıqlarını bildirib: “Bununla bağlı da hələ ki, qərar yoxdur. Kifayət qədər maraqlı mövzu idi və müxtəlif fikirlər oldu. Həm "3+2", həm də "4+1" variantı müzakirə olunur”.

    E.Əmrullayev klubların nəzdində U-14 komandalarının yaradılması ilə bağlı fikirlərin olduğunu vurğulayıb: “Mövzulardan biri də aşağı yaş qruplarından ibarət liqanın təşkili məsələsi idi. Hər bir klubun U-14 komandasının olması nəzərdə tutulur. Müəyyən səbəblərdən 16 yaşlılarla bağlı alınmır. Amma 12, 14 yaşda bunu etməyin mümkün olduğunu düşünürük”.

    O, Tələbə Liqasının və ya Əvəzedici Liqanın yaradılması ilə bağlı müzakirələr aparıldığını da diqqətə çatdırıb: “I Liqanın, yoxsa əvəzedici heyətin olması, o cümlədən Tələbə Liqasının təşkilini müzakirə etdik. Yəqin ki, bu il Azərbaycan Basketbol Liqasında olan komandalarla Tələbə Liqasında yer alan komandalar arasında daha sıx əməkdaşlıq görəcəyik”.

    ABF prezidenti sonda Azərbaycanda qadın basketbolunun inkişafı ilə bağlı fikirlərini bölüşüb: “Bu məsələ barədə də müzakirələr oldu. 14 yaşadək qızlardan ibarət komandaların çempionatının keçirilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Bütün məsələlər detallı şəkildə iyun ayının sonuna qədər Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti tərəfindən müzakirə olunacaq. Sonra isə müvafiq qərarlar ictimaiyyətə açıqlanacaq”.

    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Basketbol

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Cavid Hüseynov istefaya göndərildi - SON DƏQİQƏ

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved