"Şəki" basketbol klubu baş məşqçi Aleksander Uco ilə yollarını ayırıb.
Klubun mətbuat xidmətindən Prosport.Az-a verilən məlumata görə, nigeriyalı mütəxəssislə müqavilə müddəti uzadılmayıb.
Qeyd edək ki, Aleksander Uco ötən mövsüm "Şəki"yə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında cəmi 1 qələbə qazanıb və Azərbaycan Basketbol Liqasında sonuncu – 10-cu yeri tutub.
