Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Azərbaycan karateçiləri Avropa çempionatında 21 idmançı ilə TƏMSİL OLUNACAQ
    21.03.2023 13:42:52

    Karate üzrə böyüklərdən ibarət Azərbaycan millisi və para-karate komandamız Avropa çempionatında iştirak etmək üçün turnirin keçiriləcəyi İspaniyanın Qvadalaxara şəhərinə yollanıb.

    Prosport.az xəbər verir ki, martın 22-dən 26-dək baş tutacaq yarışda Azərbaycan 21 idmançı ilə təmsil olunacaq.

    Kişilərdən ibarət kumite millisinin baş məşqçisi Qurban Tağıyevin müşayiəti ilə Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq) və Asiman Qurbanlı (+84 kq) fərdi yarışlarda, Ayxan Mamayev, Pənah Abdullayev, Rafiz Həsənov və Hüseyn Məmmədli isə komanda çıxışlarında digər yoldaşları ilə birgə mübarizə aparacaqlar.

    Kumite üzrə qadınların baş məşqçisi Şahin Xudaverdiyev turnirdə Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), Renata Ərəbli (61 kq), İrina Zaretskaya (68 kq) və Fəridə Əliyevanı (+68 kq) fərdi yarışlarla yanaşı, komanda çıxışlarında da idarə edəcək.

    Kata üzrə yığmanın baş məşqçisi Vahid Ayavazov Roman Heydərovu fərdi kata, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyəti isə komanda kata yarışlarına çıxaracaq.

    Para-karateçilər Nihat Məmmədzadə, Eldar Əhmədov və Emiliya Mitlinovanı baş məşqçi Rənad Əliyev müşayiət edəcək.

    Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev qitə birinciliyinin referiləri arasında olacaqlar.

    Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti və Avropa Karate Federasiyası (EKF) İdarə Heyətinin üzvü Yaşar Bəşirov, eləcə də AMKF-in yeni baş katibi Qabil Sayadov EKF-in Konqresində iştirak edəcək.

    5 gün davam edəcək qitə çempionatına 48 ölkədən 468 idmançı qatılacaq.

    Boks

    Millimizin 8 üzvü Avropa çempionatında medalı təmin etdi

    9.10.2026 11:40:30
    Döyüş növləri

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08
    Boks

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının yarımfinalında

    8.10.2026 11:40:05
    Döyüş növləri

    Olimpiya mükafatçımız Parisə reytinq turnirinə yollandı

    8.10.2026 11:07:32
    Döyüş növləri

    Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala adladı

    7.10.2026 13:12:41
    Boks

    Avropa çempionatı: Daha 5 boksçumuzdan qələbə

    6.10.2026 12:17:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kiçik kənddə böyük futbol - VİDEO

    9.10.2026 23:38:58

    Ermənistan yığmasının oyununda azərbaycanlı hakim - 20 il sonra

    9.10.2026 23:11:18

    "Oyun keyfiyyətini artırmaq üçün çox çalışmalıyıq” - Georgi Kondruseviç

    9.10.2026 22:33:14

    "Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq" - Yuri Vernidub

    9.10.2026 22:22:06

    Erməni cüdoçunun şübhəli qələbəsi

    9.10.2026 22:21:55

    "Gözləmədiyimiz məğlubiyyətlə üzləşdik" - Uğur Özdemir

    9.10.2026 22:03:43

    "Mən bəzən bu cür sualları anlamıram" - Valdas Dambrauskas

    9.10.2026 21:58:06

    "Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi - VİDEO

    9.10.2026 21:25:03

    "Sumqayıt" evdə Naxçıvan təmsilçisinə uduzdu

    9.10.2026 21:18:42

    Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü

    9.10.2026 20:59:53

    Montella Türkiyə millisindən istefaya göndərildi

    9.10.2026 20:16:06

    Mərkəzi oyunda "sülh", "Mingəçevir" böyük hesabla uduzdu

    9.10.2026 19:34:43

    "Buraxdığımız kobud səhv planlarımızı alt-üst etdi" – Yuri Maksimov

    9.10.2026 19:07:28

    "Bizim üçün hər oyun 6 xala bərabərdir" - Azər Məmmədov

    9.10.2026 18:54:58

    "Neftçi" - "Sabah": HEYƏTLƏR

    9.10.2026 18:32:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved