"Konyaspor" klubu azərbaycanlı hücumçu Mahir Emrelinin son durumunu açıqlayıb.
Prosport.az xəbər verir ki, 25 yaşlı forvardın qasıq nahiyəsində ağrılar var.
O, 1 həftə fizioterapevt nəzarəti altında məşq edəcək.
Xatırladaq ki, Mahir Emreli ağrıları səbəbindən Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində Avstriya və İsveçə qarşı keçirəcəyi oyunları buraxacaq.

