Qadın və kişi həndbolçular arasında Azərbaycan Kubokunun qalibi bəlli olub.
Prosport.Az xəbər verir ki, qadınların mübarizəsində "Kür" finalda “Azəryol”la üz-üzə gəlib. Görüş Mingəçevir təmsilçisinin qələbəsi ilə bitib - 28:27.
Kişi həndbolçular arasında ölkə kubokunun qalibi isə "Azəryol" olub. Finalda "Bakı"nı 35:31 hesabı ilə üstələyən komanda titula sahib çıxıb.