Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    Voleybol üzrə növbəti beynəlxalq seminara yekun vuruldu
    25.05.2024 12:57:07

    Bakıda voleybol məşqçiləri üçün keçirilən Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-1 seminarı başa çatıb.

    Prosport.Az xəbər verir ki, mayın 20-dən 24-nə kimi davam edən tədbir FIVB-nin dəstəyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilib.

    Seminarda Bakı və bölgələrdən olan məşqçilərlə yanaşı, Türkiyə, Avstraliya, İran, Hindistan və Belarusdan ümumilikdə 40-a yaxın mütəxəssis iştirak edib. Seminara FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme və yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi rəhbərlik ediblər.

    Seminar nəzəriyyə və təcrübədən ibarət olub. Mayın 23-də iştirakçılar praktiki yoxlamadan keçiblər. Burada lazımi bal toplayan mütəxəssislər nəzəri imtahanda iştirak haqqı qazanıblar. Mayın 24-də keçirilən son imtahandan sonra isə yüksək nəticə göstərmiş iştirakçılar müəyyənləşiblər. İmtahanda iştirak edən 38 nəfərdən 35-i FIVB-nin Level-1 dərəcəli beynəlxalq sertifikatına layiq görülüb. Digərlərinə isə iştirakçı sertifikatı verilib.

    İmtahanlardan sonra seminarın bağlanış mərasimi baş tutub. GİN-nin Voleybol Mərkəzində təşkil olunan tədbiri giriş nitqi ilə açan AVF-nin baş katibi Faiq Orucov bu cür seminarların həm də yerli məşqçilər üçün böyük təcrübə olduğunu diqqətə çatdırıb. Federasiya rəsmisi sertifikat ala bilməyən iştirakçılara öz üzərilərində daha yaxşı çalışmağı tövsiyə edib, onların növbəti seminarlarda uğurlu nəticə əldə edəcəklərinə əminliyini bildirib.

    Cengiz Akarçeşme və Cahangir Seyed Abbasi isə AVF-nin beynəlxalq seminarlara ev sahibi etməsinin yerli məşqçilərin təcrübələrinin artırılması üçün yaxşı fürsət olduğunu bildiriblər.

    Sonda Level-1 sertifikatı alan iştirakçılara diplomlar təqdim olunub və xatirə şəkli çəkilib.

    Qeyd edək ki, bu Azərbaycanda keçirilən dördüncü FIVB Level-1 seminarıdır.

    Top oyunları

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33
    Voleybol

    Azərbaycan çempionunun "Sportinq"lə oyunlarının hakimləri bilindi

    17.09.2026 19:31:08
    Voleybol

    Tovuz klubunun Çempionlar Liqasındakı matçlarının hakimləri bilindi

    16.09.2026 14:46:43
    Top oyunları

    "Turan" Çempionlar Liqasına İtaliyada hazırlaşır

    16.09.2026 11:16:01
    Top oyunları

    "Turan"ın sahibi büdcəni artırdı

    16.09.2026 09:58:31
    Top oyunları

    Avropa çempionatı: Bütün oyunlarda məğlubiyyət

    14.09.2026 15:44:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved