Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Heç vaxt bəhanələrə sığınmamışam" – "Xəzri"nin baş məşqçisi
    25.05.2024 12:12:12

    "Mən heç vaxt bəhanələrə sığınmamışam".

    Prosport.Az xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasında ikinci yeri tutan "Xəzri"nin baş məşqçisi Murat Dikmen deyib.

    Mütəxəssis final seriyasının 4-cü matçında "Sabah"a 69:74 (ümumi hesab 1:3) hesabı ilə uduzduqları qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

    O ilk olaraq mövsüm ərzində yaxşı mübarizə apardıqları üçün oyunçularını təbrik edib: "Həm ölkə kubokunda, həm də çempionatda final oynadıq. Komandamız yenidir və bunun müqabilində 2 finalda çıxış etməyimiz böyük uğurdur. Ümid edirəm ki, həm klub rəhbərliyi, həm də Azərbaycan Basketbol Federasiyası bu uğurları artıraraq bu cür davam edər. Final seriyasında çox təcrübəli komandaya qarşı oynadıq. Mövsümün əvvəlində avrokubokda çıxış etmiş, hazırlıqlara avqustda erkən start vermiş və rotasiyası çox geniş olan kollektivə qarşı mübarizə apardıq. Bunlar təbii ki, bir bəhanə deyil. Amma bəzi həqiqətlər var".

    Baş məşqçi qalib gəldikləri ilk görüşdə bütün enerjilərini sərf etdiklərini söyləyib: "2-ci oyunda arxayınlaşdıq və rəqibimiz bunu yaxşı dəyərləndirdi. 3-cü matçın ilk yarısını öndə tamamladıq, ancaq böyük fasilədən sonra üstünlüyü rəqibə verərək məğlub olduq. Bu gün də eyni şəkildə oyunun sükanı bizim əlimizdə idi və böyük fasiləyə öndə yollandıq. Hətta III perioda qədər də irəlidə idik. Lakin son periodda rotasiyamızın az olmasına görə oyunçu dəyişikliklərini risk edərək həyata keçirdim və bu da bizi sistemimizdən kənara çıxardı. Mövsüm ərzində Cordan Perkins kimi bir oyun qurucu ilə çıxış etdik. Demək olar ki, Perkins bütün matçlardan 37-40 dəqiqə aralığında meydanda olur və görüşün sonlarına yaxın çox yorulurdu. Amma məni sevindirən məqamlardan biri də Səid İsmayılovun performansının artmağıdır. Artıq Azərbaycan basketbolu bu cür oyunçu qazandı. Kapitan Amil Həmzəyevin performansı həyacanverici idi. Ümid edirəm ki, milli komandada da uğurlu olarlar. Digər gənclərin də inkişafını müşahidə etdim. Vüqar Məmişov meydanda çox önəmli işlər gördü. Mən Azərbaycan idmanından, basketbolundan çox razıyam. Buna görə çox xoşbəxtəm. Amerikalı basketbolçular da üzərlərinə düşənləri yerinə yetirdi. Birlikdə yaxşı bir mövsüm keçirdik və gözəl finalla yekunlaşdırdıq. Məncə, bunu düşünüb xoşbəxt olmağımız lazımdır".

    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Basketbol

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Cavid Hüseynov istefaya göndərildi - SON DƏQİQƏ

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved