Azərbaycan Basketbol Liqasının digər finalçısı bilinib.
Prosport.Az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Xəzri" və "NTD-İndiqo" arasında 2-ci görüş baş tutub.
Qarşılaşma 1-cilərin qələbəsi ilə başa çatıb – 86:81.
Xatırladaq ki, komandaların ilk görüşündə də "Xəzri" qələbə qazanmışdı (63:61).
Qeyd edək ki, bu nəticənin ardından "Xəzri" finalda "Sabah"a rəqib olub. Həlledici mərhələnin oyunu mayın 16-sı keçiriləcək. "NTD-İndiqo" isə "Xırdalan"la 3-cü yer uğrunda görüşəcək.

