Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün daha bir oyun keçiriləcək.
Prosport.Az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Xırdalan" və "Sabah" arasında 2-ci oyun baş tutacaq.
Görüşün start fiti saat 19.30-da səslənəcək. Komandaların ilk görüşü "Sabah"ın 101:85 hesablı qələbəsi ilə başa çatıb. "Xırdalan" qələbə qazanacağı təqdirdə, mayın 13-də 3-cü görüş olacaq. Əks halda, "Sabah" adını finala yazdıracaq.
Qeyd edək ki, yarımfinalın digər cütündə "NTD-İndiqo" ilə "Xəzri" komandaları qarşılaşıb. Mayın 8-də "Sərhədçi" İdman Mərkəzində baş tutan matçda 2-cilər 63:61 hesablı qələbə qazanıb. Bu komandalar arasında 2-ci oyun sabah gerçəkləşəcək.

