Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Pley-offda yaxşı müdafiə olunan tərəf sonadək gedə bilər" – Murat Dikmən
    9.05.2024 11:23:28

    "Həqiqətən də müdafiədə çox yaxşı oynadıq".

    Prosport.Az xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmən "NTD-İndiqo"ya 63:61 hesabı ilə qalib gəldikləri yarımfinal mərhələsinin ilk oyunu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

    Mütəxəssis hücum performanslarından məmnun qalmadığını bildirib: "Ancaq rəqib də bizə qarşı yaxşı hazırlaşmışdı. Qarşılıqlı həmlələrlə bütün hücumları ayrı-ayrı müdafiə sistemi ilə dayandırmağa çalışdıq. Bu matçda müdafiədə çox fərqli üsullar yoxladıq. Bir az kombinasiyalı sistemə üstünlük verdik. Bu da rəqibimizin istədiyi kimi çıxış etməsinə mane oldu. Bu məsələdə də uğurlu olduğumuzu düşünürəm. Məncə, pley-offda yaxşı müdafiə olunan tərəf sonadək gedə bilər. Komandam bunu bacardı. Ona görə də hər birini təbrik edirəm. Seriyada 1:0 irəli çıxdıq. Hələ heç nə yekunlaşmayıb".

    Türkiyəli baş məşqçi şənbə günü 2-ci görüşün olacağını xatırladıb: "Eyni ciddiyyətlə, eyni sərtlik və templə çalışacağıq. Ümid edirəm ki, növbəti qarşılaşmada da istədiyimiz nəticəni əldə edəcəyik. Artıq mental olaraq üstünlük bizdədir. Bunu yaxşı dəyərləndirmək lazımdır. “Sərhədçi” ilə 2-ci oyunda etdiyimiz səhvləri təkrarlamamaq üçün oyunçularımı yaxşı motivasiya etməliyəm. Ümid edirəm ki, şənbə günü yaxşı oyun göstərərək adımızı finala yazdıracağıq".

    Qeyd edək ki, bu komandalar arasında 2-ci duel mayın 11-də reallaşacaq. 2 matçın yekununda bərabərlik olarsa, 3-cü oyun mayın 13-də keçiriləcək.

    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Basketbol

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved