Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin daha bir görüşü keçirilib.
Prosport.Az xəbər verir ki, növbəti oyun günü "NTD-İndiqo" ilə "Xəzri" komandaları qarşılaşıb.
"Sərhədçi" İdman Mərkəzində baş tutan matçda paytax təmsilçisi 63:61 hesablı qələbə qazanıb.
Bu komandalar arasında ikinci duel mayın 11-də reallaşacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü oyun mayın 13-də keçiriləcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər matçında "Sabah" "Xırdalan"ı 101:85 hesabı ilə məğlub edib.