"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub.
Prosport.Az xəbər verir ki, pley-offun 1/4 final mərhələsində "Sərhədçi" və "Xəzri" komandaları arasında seriyanın ikinci oyunu çox maraqlı alınıb.
Matçın əvvələrindən üstünlüyü ələ keçirən "Sərhədçi" yekunda 71:64 hesablı qələbə qazanıb. Bu nəticə ilə "Sərhədçi" seriyada ümumi hesabı bərabərləşdirib -1:1.
Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Kaleb Hanter (27 xal, 7 ribaund), "Xəzri"dən Ceremi Maklaflin (17 xal, 7 ribaund) olublar.
Qeyd edək ki, komandalar arasında seriyanın 3-cü oyunu mayın 5 də keçiriləcək. Qarşlaşma saat 19:30-da başlayacaq.

