Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Ümidləri doğrulda bilmədiyimiz üçün kədərliyik" – "Cəlilabad"ın baş məşqçisi
    26.04.2024 11:50:06

    "Xırdalan" Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün sonuncu – XVIII turunda "Cəlilabad"ı 90:84 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, matçdan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma ilə bağlı fikirlərini bölüşüblər:

    Uğur Özdəmir ("Xırdalan"): "Bu matç daha əvvəldən pley-offu təmin etdiyimiz üçün çox əhəmiyyət kəsb etmirdi. Amma hazırda olduğumuz 4-cü pilləni qorumaq istəyirdik. "Cəlilabad"la oyunda bəzi oyunçularımıza istirahət verdik. Zədədən yeni qayıdanlar var idi. 2 oyun qurucumuz hələ də tam bərpa olmayıb. Əlavə olaraq yerli basketbolçulardan Nicat Məmmədlini də oynada bilmədik. Bir sözlə, bizim üçün rotasiyalı matç oldu. Hücumda heç bir problemimiz olmadı, amma müdafiədə səhvlərimiz var idi. Bunlar da normaldır. Qarşıda pley-off görüşləri olduğundan, komandanın hər bir üzvü ora konsentrasiya olub. Ümumi mövsümə baxsaq, bizim üçün enişli-yoxuşlu oldu. Ardıcıl məğlubiyyətlərdən sonra çox uğurlu seriya yaxaladıq. Sonra yenidən problem yaşandı. Bunun da öhdəsindən gəldik və mövsümün bu hissəsini yaxşı notlarla yekunlaşdırdıq. Pley-offda keyfiyyətli komanda ilə qarşılaşacağıq. Məşqlərdə hər hansı zədə olmazsa, tam heyətlə "Neftçi"yə qarşı mübarizə aparacağıq.

    4-cü yer pis deyil. Büdcəmizi nəzərə alsaq, bu, uğurdur. Mərkəz forvardımızın mövsümün 2-ci yarısında gəlməsi bəzi oyunlarda məğlubiyyətlərə səbəb olmuşdu. Bizim komandanın əsl oyunu fasilədən sonrakı dönəmə təsadüf etdi. Oynadığımız basketbola görə məğlub olmamalı olduğumuz 2-3 qarşılaşma var idi. Onlarda büdrəməsəydik, hazırda daha yuxarı pillələrdə olacaqdıq. Ümumi götürsək, bizim üçün hansı pillədən pley-offa adlamağımızın fərqi yoxdur. Orada bütün rəqiblər təhlükəlidir. Ona görə olduğumuz yerdən məmnunuq. Dolu tribunalar qarşısında oynamaq istəyirik. Azarkeşlərin oyunlara gəlməsini istəyirik. Bu bizim üçün vacib faktordur".

    Şəhriyar Əsgərov ("Cəlilabad"):  "Çempionatımızın ən güclü klublarından birinə qarşı oynadıq. İlk dövrədə Cəlilabadda "Xırdalan"ı məğlub etsək də, bu gün alınmadı. Əslində sonluğu yaxşı fikirləşsək, müdafiəni etibarlı qursaq da, rotasiyanın azlığı bizim bu dəfə başlıca problemimiz oldu. Kobi Tomas və Camani Pirsi artıq göndərmişik. Onların yoxluğu təsirini göstərdi. Əvəzində Levan Qoqaladze çox yaxşı oynadı. Həmçinin, Raşon Consonla Zaur Paşayevi də bu mənada qeyd edərdim. Onların fəallığı, bütün komandanın səyləri sayəsində hesab arasındakı fərqi hətta 2 xala da endirmişdik, lakin önə keçmək heç cür mümkün olmadı. Matçın sonlarına yaxın Şeyk Kebenin səhvləri də nəticəyə təsirini göstərdi. Kebe kobud səhvlərlə yadda qaldı. Hər bir halda mövsüm boyunca bizimlə olan oyunçularımın hər birinə təşəkkürümü bildirirəm. Mövsümün sonuncu oyununu keçirdik. İlk gündən bizimlə olan hər kəsə, bizi hər zaman dəstəkləyən azarkeşlərimizə hədsiz minnətdaram. Azarkeşlərimizin ümidlərini doğrulda bilmədiyimiz üçün kədərliyik, lakin biz işin hələ lap başlanğıcındayıq, "Cəlilabad" klubu ilk dəfə idi ki, belə yüksək liqada çıxış edirdi. Gələcəkdə ümid edirəm ki, hər şey daha yaxşı olacaq".

    Basketbol

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Basketbol

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved