Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Burada çox böyük haqsızlıqlar görürəm" - "Xəzri"nin baş məşqçisi
    25.04.2024 12:32:14

    “Xəzri”nin baş məşqçisi Murat Dikmen Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XVIII turunda “Sabah”a 65:77 hesabı ilə uduzduqları matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

    Prosport.Az xəbər verir ki, türkiyəli mütəxəssis matç ərzində çox top itkisi ilə oynadıqlarını bildirib:

    "22 top itkisi etmişik. Bu da görüşə çox təsir göstərdi. Burada bütün oyunçular oyuna köklənmədə problem yaşadı. İlk periodda yaxşı mübarizə apardıq. İkinci periodda sükanı əldən versək də, üçüncü hissədə yaxşı təsir bağışladıq. Son periodda isə komandada yenidən eniş müşahidə olundu. Bu qarşılaşmada yerli basketbolçu sarıdan əziyyət çəkdik. Onlar bu gün sadəcə, 4 xalla dəstək ola bildilər. Əgər bu cür matçlarda da yerli basketbolçularımız yaxşı oynamırsa, qalib gəlmək şansımız aradan qalxır. Bu hər zaman belə olub. Buna görə də edə biləcəyimiz heç nə yoxdur. Bundan sonra komandamız pley-offda “Sərhədçi” ilə mübarizə aparacaq".

    O, klubdakı vəziyyəti ilə bağlı hələ də dəqiq qərar verə bilmədiyini söyləyib: "Komandanın sükanı arxasında davam edib-etməyəcəyim hələ bəlli deyil. Qarşıda Türkiyə səyahətim var. Orada menecerimlə danışıb bəzi məsələləri dəqiqləşdirmək lazımdır. Çünki burada çox böyük haqsızlıqlar görürəm. Çalışma şərtləri, komanda qurularkən bizə verilən yerli oyunçular və mövsüm boyu yaşadığım problemlər artıq məni çox yorub. Mövsümün sonuna kimi dayana bildim. Pley-offlarla əlaqədar hələ konkret qərarımı verməmişəm. Bunu əminliklə deyə bilərəm. Xeyirlisi olsun. Mənə bu fürsəti verən klubunun direktoruna, oyunçularıma və federasiyaya çox təşəkkür edirəm. Bundan sonra da hər kəsə uğurlar".

    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Top oyunları

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Basketbol

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Basketbol

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved