"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) XVIII turunun açılış oyunu baş tutub.
Prosport.Az xəbər verir ki, "Sabah" və "Xəzri" klublarının üz-üzə gəldiyi oyunda 1-cilər rəqibinə 77:65 hesabı ilə qalib gəlib.
Bu qələbə ilə "Sabah" klubu müntəzəm mövsümü lider bitirərək, adını pley-offun yarımfinalına yazdırıb. Ən məhsuldar basketbolçular "Sabah"dan Artyom Butyankov (15 xal, 13 ribaund), "Xəzri"dən Cordan Perkins (18 xal, 6 ribaund) olub.
Qeyd edək ki, sonuncu – XVIII turun növbəti oyunları ("Xırdalan" – "Cəlilabad", "Neftçi" – "Sərhədçi", "NTD-İndiqo" – "Şəki", "Gəncə" – "Sumqayıt") 25, 26, 27 və 28 aprel tarixlərində baş tutacaq.