Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Voleybol
    “Azərreyl”dən qızıl dubl, rəmzi komanda bilindi – YENİLƏNİB
    23.04.2024 19:44:51

    Azərbaycan çempionatının ən yaxşı oyunçuları və rəmzi komandası (“Dream team”) bəlli olub.

    Prosport.Az xəbər verir ki, bu gün Bakı İdman Sarayında keçirilən qadın voleybolçuların final qarşılaşması ilə ölkə birinciliyinə yekun vurulub. Oyundan dərhal sonra qalib komandalara medal və kuboklar təqdim olunub. Həmçinin Yüksək Liqanın ən yaxşı oyunçuları və rəmzi komandası müəyyənləşib. Mükafatları Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartvelişvili, baş katib Faiq Orucov, federasiyanın İdarə Heyətinin üzvləri təqdim edib.

    Kişilər voleybolçular arasında fərqlənən oyunçular:

    “Ən dəyərli oyunçu” (MVP) – Sergey Platonenkov (“Azərreyl”)

    “Ən gənc və perspektivli oyunçu” – Nihad Qasımov (“Murov Az Terminal”)

    Simvolik komanda:

    “Ən yaxşı toppaylayıcı” – Mehdi Ablu (“Murov Az Terminal”)

    “Ən yaxşı hücumçu” – Andrey Melnikov (“Azərreyl”), Vladislav Kunçenko (“Murov Az Terminal”)

    “Ən yaxşı libero” – Emil Abdullayev (“Neftçi”)

    “Ən yaxşı blokçu” – Mehdi Cəfərvənd (“Azərreyl”), Möhsün Vazehi (“Neftçi”)

     

    Qadın voleybolçular arasında fərqlənən oyunçular:

    “Ən dəyərli oyunçu” (MVP) – Katarina Pilepiç (“Azərreyl”)

    “Ən gənc və perspektivli oyunçu” – Raziyə Əliyeva (“Azərreyl”)

    Simvolik komanda:

    “Ən yaxşı toppaylayıcı” – Polina Neykova (“Abşeron”)

    “Ən yaxşı hücumçu” – Byelka Peralta (“Azərreyl”), İrina Milanoviç (“Murov Az Terminal”)

    “Ən yaxşı libero” – Piyanut Pannoy (“Azərreyl”)

    “Ən yaxşı blokçu” – Mariya Kirilyuk (“Abşeron”), Xineyri Martines (“Azərreyl”)

    “Ən yaxşı diaqonal oyunçu” – Mariyeta Runyiç (“Abşeron”)

    Eləcə də çempionatın oyunlarını canlı yayımlayan “CBC Sport” telekanalına və GİN-in Voleybol Mərkəzinə qarşılaşmaların keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürnamələr verilib.

    18:04

    Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib.

    Prosport.Az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan final matçında "Azərreyl" və "Abşeron" kollektivləri üz-üzə gəlib.

    Qarşılıqlı hücumlar şəraitində keçən matçda ilk set 25:13 "Azərreyl"in xeyrinə başa çatıb. Ardınca "Abşeron" ikinci seti 25:15 öndə tamamlayıb. Lakin növbəti iki setdə 25:21 hesablı qələbə qazanan "Azərreyl" 3:1-lik nəticə ilə Azərbaycan çempionu olub.

    Qeyd edək ki, dünən kişi voleybolçuların final qarşılaşmasında “Azərreyl” kollektivi “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.

    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Top oyunları

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Basketbol

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Top oyunları

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Top oyunları

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved