Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"ın Qətər planında dəyişiklik oldu – Klub rəsmisi açıqladı
    23.04.2024 15:00:00

    "Qarabağ" FK Akademiyasının koordinatoru Aftandil Hacıyevin Prosport.Az saytına müsahibəsi

    – Bu ay "Qarabağ"ın komandaları Qətərin paytaxtı Dohaya gedib orada çıxış etməli idi. Ancaq deyəsən, səfər planında dəyişiklik oldu...
    – Bəli. Dəyişikliyə görə, mayın 18-dən 23-dək Qətərdə olacağıq. Amma hələ bu da təsdiq olunmayıb. Orada "Aspire Academy" ilə 2 oyun keçirəcəyik. Əvvəlcə, ora U-14 və U-15 komandalarımız getməli idi. Sonra deyildi ki, U-15 və U-17 komandalarımız orada iştirak edəcək.

    – Başqa hansısa turnirlərdə iştirakınız gözlənilir?
    – Təkliflər var. Yenə Belarusda, bu dəfə Minsk "Dinamo"sunun özünün təşkil etdiyi turnirdə çıxış edə bilərik. Bu, U-9-ların turniridir. Orada Rusiyanın ÇSKA, "Zenit", "Krasnodar" kimi komandaları iştirak edəcək. Hazırda ora komanda göndərib-göndərməmək barədə müzakirə aparırıq. "Samsunspor"un may ayında təşkil etdiyi turnirdə də iştirak edə bilərik.

    – Fevral və mart aylarında "Qarabağ"ın 3 yaş qrupu Belarusun paytaxtı Minskdə keçirilən "Bizim gələcəyimiz" adlı turnirin qalibi oldu. Həmin turnirdəki çıxış, yarışın səviyyəsi haqda da fikirlərinizi öyrənərdik...
    – U-13, U-14 və U-15 komandalarını "Hədəf" qrupları kimi seçmişik. Bu yaş qruplarından peşəkar futbolçuların çıxacağına ümidimiz böyükdür. Turnirdə nəticə bizim üçün o qədər də önəmli olmasa da, onların iştirakı vacib idi. Çünki indiyədək çox az turnirdə iştirak ediblər. U-14 komandası ümumiyyətlə, ilk dəfə beynəlxalq turnirdə çıxış edirdi. Bununla belə, onlar çempion oldular. U-15 yayda "Kartepe Cup"ın qalibi olmuşdu, o, 2-ci turnirləri idi...

    İştirakçı 16 komandadadan 8-nin səviyyəsini eyni hesab etmək olar. İlk "8-lik"də qərarlaşan hər bir komanda çempion olmaq iqtidarında idi. Finalda BATE – "Qarabağ" yox, "Pskov" – "Sokol" oyunun olacağını gözləyənlər də vardı. Çünki həqiqətən 3-cü yer üçün oynayan bu komandalar da kifayət qədər keyfiyyətli idi. Düşünürəm ki, sonda xarakter göstərən komanda çempion oldu. Bunu da bizim uşaqlar bacardı.

    – "Hekken"lə oyun zamanı siz də İsveçdə idiniz. Həmin vaxt daha səviyyəli, daha məşhur klubların qatıldığı "Gothia Cup" turnirinin direktoru Niklas Freyholtsla da görüşmüşdünüz. Bu turnirdə iştirakınız nə dərəcədə mümkündür?
    – Onunla bağlı danışıqlarımız davam edir. Orada qeydiyyatdan keçmək üçün 1 il öncədən yazılmalısan. Bu il çatdıra bilmədik. Ola bilsin ki, növbəti mövsüm o turnirdə də çıxış edək.

    – Son olaraq Maksim Medvedevin akademiyada məşqçi işləmək istədiyi və sizinlə bu barədə söhbət etdiyi bildirilir. Bu nə dərəcədə doğru informasiyadır?
    – Maksimə biz tərəfindən konkret belə bir dəvət edilməyib. Amma "Qarabağ"da oynamış futbolçuların akademiyada qalıb işləməsi maraq dairəmizdədir. Maksimin marağı olsa, təbii ki, onunla söhbət etmək, akademiyada ona yer vermək istəyərik. Hazırda o, futbolçu karyerasını davam etdirir. Yayda karyerası ilə bağlı hansı qərarı verəcəyini biz də bilmirik. Ona görə də belə müzakirə olmayıb.  

    Səbuhi Musa

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved