Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Dövlətin 9 min manatı niyə boşuna gedir? – YAZI
    20.04.2024 08:14:28

    Bu ayın əvvəli verilən hesabatda AFFA-nın ötən il tərkibində olan federasiyaların, üzvlərin və akademiyaların saxlanılmasına ümumilikdə 3 039 586 manat xərclədiyi məlum oldu. Bunların içərisində futbol veteranı İsgəndər Cavadovun rəhbəri olduğu Regional Futbol Federasiyasına (RFF) 286 103 manat pul ayırılmışdı. Bunu başa düşmək olar. RFF AFFA-ya üzv təşkilatdır.

    Bəs İsgəndər Cavadov adına Akademiyaya (İCBFA) niyə 9000 manat vəsait ayrılıb? Yəni indiyədək heç harda bu Akademiyanın AFFA-nın tərkibində olması barədə məlumat dərc olunmayıb və ya rəsmi şəkildə açıqlanmayıb. O zaman belə çıxır ki, bu 9000 manat İsgəndər Cavadov AFFA İcraiyyə Komitəsinin (İK) üzvü olduğu üçün bura yatırılıb. Xatırladım ki, 2019-cu ildəki hesabatda AFFA bu quruma 26 550 manat pul ayırıb. Hazırda II Liqada mübarizə aparan "Dinamo" klubunun rəhbəri Yaşar Seyidov o vaxt bu akademiyanın vitse-prezidenti kimi bunun səbəbini icarə haqqına və tibbi yardıma görə AFFA-dan kömək istəmələri ilə əlaqələndirib. Bir də bildirib ki, nəqliyyat xərclərinə görə AFFA Əsasnaməsində akademiyalara pul ayrılması nəzərdə tutulub.

    Mövsümün əvvəlindən AFFA U-15 Liqasını diqqətlə izləyirəm. İCBFA-nın bəzi nəticələrini təqdim edirəm:

    "Kəpəz" – İCBFA 7:0

    "Səbail" – İCBFA 11:0

    "Qarabağ" – İCBFA 11:0

    İCBFA – "Zirə" 0:9

    "Sabah" – İCBFA 12:0

    "Neftçi" – İCBFA 11:0

    İCBFA – "Qəbələ" 0:5

    İCBFA – "Səbail" 0:4

    İCBFA – "Sabah" 0:5

    Futbol Akademiyalarına pul yatırılmağın tərəfdarıyam. Ancaq belə böyük hesablarla uduzan futbolçuların gələcəkdə hansı psixoloji durumda olduğunu, məğlub psixologiyası ilə böyüdüklərini anlamaq lazımdır. Həmin futbolçular üçün bu yaşdan məğlubiyyət sıradan bir hadisəyə çevrilir. Ya bu komanda özündən qat-qat güclü olan rəqiblərin yer aldığı çempionatda iştirak etməməli, ya da belə akademiyalara boşuna pul yatırılmamalıdır. Özü də söhbət təkcə İCBFA-dan getmir. Bu siyahıya EFA, "Lion", ASTA (sahibi SOCAR əməkdaşı kimi tanınmış Adnan Əhmədzadədir – red.), "Araz" (Saatlı), "Ulduz" (Mingəçevir) da aiddir. Pul nəticəsi olan yerə yatırıldıqda gözəldir.

    Bəli, bu yazı orada işləyən məşqçilərin xoşuna gəlməyəcək. Ancaq hamı öz üzərində işləməlidir. Hamı aldığı pulun dəyərini verməlidir. Əgər kimsə aldığı maaşa görə dəyər görmədiyini iddia edirsə belə, orada qalıb işləməməlidir.

    Səbuhi Musa

    P.S. Əminəm ki, artıq bu akademiyaya daha pul ayrılmayacaq. Çünki artıq İsgəndər Cavadov İK-da üzv deyil, üstəlik, onun məlum son açıqlamalarından sonra (xüsusən Elşad Nəsirova qarşı) bu akademiyanın maliyyə imkanlarından məhrum olacağı dəqiqdir

    P.S.

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    P.S.

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    Futbol

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    P.S.

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    P.S.

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved