Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Basketbol bəxti üzümüzə gülmədi" – "Sərhədçi"nin baş məşqçisi
    18.04.2024 11:22:51

    "Neftçi" basketbol üzrə Azərbaycan Kubokunun yarımfinalında "Sərhədçi"yə 91:73 hesabı ilə qalib gələrək finala yüksəlib.

    Prosport.Az xəbər verir ki, hər iki komandanın baş məşqçisi matçdan sonra klubun mətbuat xidmətinə öz fikirlərini bölüşüb.

    Anar Sarıyev ("Neftçi"nin baş məşqçisi): "Uşaqları qələbə münasibətilə təbrik etmək istəyirəm. Çox yaxşı mübarizə apardılar və bunu sona kimi davam etdirdilər. Ən əsası isə komanda olmağı bacardılar və bu da öz bəhrəsini verdi. Rəqib komandanı da təbrik edirəm. Yaxşı oynadılar, ancaq bu gün (dünən – red.) qələbə bizə daha yaxın idi. Uşaqlarımız daha  istəkli idilər, ona görə də qələbə qazanmağı bacardıq. Artıq  final görüşünə  hazırlaşacağıq. Məşqlərdə planlarımızı müzakirə edəcəyik və finalda maksimum mübarizə aparıb kubokun sahibi olmağa çalışacağıq".

    Evren Akkaya (“Sərhədçi”nin baş məşqçisi): "Matça çox yaxşı hazırlaşmışdıq. Amma uzaq atışlarda yaxşı oynamadıq və bu səbəbdən oyunun ritmini əlimizdə tuta bilmədik. İlk hissəni rəqib bizdən 10 xallıq üstünlüklə tamamladı. Normalda uduzduğumuz matçlarda olduğu kimi, yenə çox top itkilərinə yol verdik. Bunu aradan qaldırmağımız lazımdır. Kubokun finalından buna görə kənarda qaldıq. Əslində, müdafiədə istədiyimizi edə bilirik, amma hücumda lazım olan kimi oynamadıq. Yerli oyunçular meydanda olmalıdır, limit var. Azərin erkən faul etməsi planlarımızı pozdu. Məcburi şeylər etdik. Nəticə olaraq, “Neftçi” ilə matçda basketbol bəxti üzümüzə gülmədi. Finalda oynayacaq “Neftçi” və “Xəzri”yə uğurlar arzu edirəm”.

    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Top oyunları

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Top oyunları

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Basketbol

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Top oyunları

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved