Azərbaycan milli komandasının sabiq hücumçusu, hazırda "İnter" minifutbol komandasında çıxış edən Rauf Əliyev yığmaya dəvət edilib.
Prosport.Az xəbər verir ki, Əliyev Monteneqroda keçiriləcək turnirdə yığmanın heyətində yer alacaq.
Millinin çalışdırıcısı Elşad Quliyev heyətdə daha bir neçə dəyişiklik etməyi planlaşdırır.
Qeyd edək ki, Rauf Əliyev futbol üzrə Azərbaycan millisində 46 matçda forma geyinib və 7 qol vurub.