Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində final oyununa çıxıb.
"Report"un məlumatına görə, yığma həlledici matçda Polşa kollektivi ilə üz-üzə gəlib.
Rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
*****************
3x3 qadın millimiz "Paris-2024" yolunda tarixi uğurun bir addımlığındadır.
Prosport.Az xəbər verir ki, millimiz Honkonqda "Paris 2024" Olimpiadasına vəsiqə verən turnirin ilk yarımfinal oyununda Macarıstan seçməsinə 21:19 hesabı ilə qalib gələrək, adını finala yazdırıb.
Finaldakı rəqbimiz Polşa - Niderland oyununun qalibi olacaq.
Qeyd edək ki, final görüşü Bakı vaxtı ilə saat 13:35-də start götürəcək və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
