Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honkonqda təşkil olunan Olimpiya Təsnifat Turnirində yarımfinala vəsiqə qazanıb.
Prosport.az xəbər verir ki, yığma buna B qrupunun II tur matçında Monqolustana qalib gəlməklə (13:12) nail olub.
Ötən gün Çilini məğlub edən (17:14) komanda III turda Niderlandla görüşəcək. Bu matç qrup liderini müəyyənləşdirmək üçün əhəmiyyətli olacaq.
Qeyd edək ki, yarımfinal və həlledici matçlar sabah baş tutacaq. Honkonqdakı turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.
