Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Biz "Bakcell Arena"ya alışmışıq" – Elmar Baxşıyev
    2.06.2023 20:07:54

    "Qəbələ" sabah Azərbaycan Kubokunun final matçında "Neftçi" ilə üz-üzə gələcək.

    prosport.z xəbər verir ki, oyundan əvvəl təşkil olunan mətbuat konfransında "qırmızı qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

    – Oyunun əhəmiyyətini bilirik. Komanda şəklində çalışacağıq ki, yaxşı mübarizə aparıb, istəyimizə çataq. Şanslar bərabərdir. Finalda favorit olmur. Düşünürəm ki, komandam məqsədə çatmaq üçün hər şeyin ən yaxşısını edəcək.

    – Kubokun finalında meydan sahibi amili olmasa da, faktiki olaraq "Bakcell Arena" "Neftçi"nin stadionudur. Meydan sahibi və azarkeş amili sizə problem yaratmayacaq?
    – Təsir etməməlidir. İlk dəfə deyil ki, burada oynayırıq. Biz də"Bakcell Arena"ya alışmışıq. Stadionun atmosferi futbolçuların oyundan həzz almasına münasibdir. Düşünmürəm ki, bizə təsiri olacaq.

    – "Qəbələ" avrokuboklara vəsiqə qazanıb, "Neftçi"də isə titul qazanmaq üçün gərginlik var. Bu sizin xeyrinizədir? 
    – "Neftçi"nin necə olacağını düşünmürük. Məni daha çox düşündürən öz komandamdır. Çempionatda istədiyimiz yerə gəlib çatdıq. Futbolçulara təşəkkür edirəm. Oyunçularım hər şeyi edəcəklər ki, titula sahib çıxsınlar. İddialıdırlar. Sabah fərqli "Qəbələ" görəcəyik.

    – Sabahkı oyunda cəzalı olan Asif Məmmədovla yeni müqavilə bağlanılacaq?
    – Əlbəttə. Asif oyunda zədə alıb, klub olaraq ən yaxşısını etməyə borcluyuq ki, karyerasını davam etdirsin.

    – Özünüzü evdə hiss etməyiniz üçün "Qəbələ" azarkeşlərini stadiona necə səsləyərdiniz?
    – İstəyərdik ki, azarkeşlərimiz sabah stadionda olsunlar. Onların dəstəkləri bizə əlavə güc verir. İnanıram ki, çoxlu sayda azarkeşimiz stadionda olacaq. Futbol statistika üzərində qurulmayıb. Oyunlar fərqli olur. Keçmişdə olanlar keçmişdə qalıb. Düşünürük ki, tarix yaza bilərik. Futbolçularıma inanıram. İnanıram ki, məqsədə çatmağa cəhd edəcəyik.

    – Bəziləri bu oyunu Elmar Baxşıyev – Laurentsiu Reqekampf dueli kimi də görür...
    – Bəziləri hər cür fikirləşə bilər. Sabah "Neftçi" və "Qəəblə" oynayacaq. Məşqçilərin yox, komandaların dueli olacaq.

    – Heyətlə bağlı probleminiz var?
    – Asif Məmmədovdan başqa, zədəli Fares Abu Akeldir. Əməliyyat olunmalıdır. İki futbolçu xaric, bütün komanda sabahkı oyunda iştirak edə biləcək.

    – Reqekampf da şansları 50/50-ə dəyərləndirdi. Amma kağız üzərində və büdcəsinə görə "Neftçi" daha çox favorit görünür. Azərbaycanlı və legioner məşqçilərin üz-üzə gəlməsi baxımından önəmli matçdır?
    – Premyer Liqada da bizə inanan az idi. Amma şükürlər olsun ki, az büdcə ilə məqsədimizə çatdıq. Sabah finaldır. Büdcə heç cür önəm daşımır. Hansı komanda xarakter göstərsə, istəyinə çatacaq.

    – Əksər komandalar futbolçularla yollarını ayırır. Transfer üçün daxili bazara baxacaqsınız?
    – Transfer çalışmalarımıza başlamamışıq. Daha çox sabahkı oyunu düşünürük. Bu matçdan sonra hansı mövqelər önəmli olacaqsa, transferlərimizi o yöndə edəcəyik.

    Futbol

    Tanınmış futbolçu AFFA-dan dəvət alıbmış

    23.11.2026 11:45:05
    Futbol

    "Barselona"nın Bakıya səfər planı - Laporta da gəlir

    23.11.2026 11:07:01
    Futbol

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41
    Futbol

    "Azərbaycana uzaq səfər bizi narahat etmir" - Hansi Flik

    23.11.2026 10:00:47
    Futbol

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45
    Futbol

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Tanınmış futbolçu AFFA-dan dəvət alıbmış

    23.11.2026 11:45:05

    "Barselona"nın Bakıya səfər planı - Laporta da gəlir

    23.11.2026 11:07:01

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalında

    23.11.2026 10:50:56

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41

    "Azərbaycana uzaq səfər bizi narahat etmir" - Hansi Flik

    23.11.2026 10:00:47

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved