Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Olimpiya Təsnifat Turnirində keçirəcəyi oyunların proqramı açıqlanıb.
Prosport.Az xəbər verir ki, yarış aprelin 12-də Honkonqda start götürəcək.
Dina Ulyanova, Tifani Heys, Aleksandra Molenhauer və Mersedes Volkerdən ibarət millimiz B qrupunda Çili, Niderland və Monqolustan yığmaları ilə qarşılacaq.
Komanda qrupda ilk oyununu aprelin 12-də, Bakı vaxtı ilə saat 11:30-da Çiliyə qarşı keçirəcək. Növbəti 2 matç isə aprelin 13-də baş tutacaq. Milli saat 11:55-də Monqolustan, 13:45-də isə Niderland ilə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, qrupda ilk 2 yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaq.
